Dell noutbukları üçün adapterlər bu bölmədə toplanıb. Latitude, Vostro, Inspiron və Precision seriyaları üçün ən çox işlənən 19.5V gərginlikli 65W, 90W və 130W variantlar, həmçinin USB-C ilə şarj olunan yeni modellər üçün adapterlər mövcuddur. Dell adapterlərinin bir özəlliyi var: orijinal olmayan adapter taxıldıqda sistem xəbərdarlıq verir və bəzi hallarda prosessorun sürətini azaldır — buna görə uyğun adapter seçimi Dell-də xüsusilə vacibdir. Hər elanda gərginlik, güc və ucluq ölçüsü açıq göstərilir. Modelinizə uyğun variantı seçməkdə çətinlik çəksəniz, noutbukun tam adını yazın. Bütün adapterlər zəmanətlidir.
Dell adaptorları
Bölmələr
Adapterlər
Sərt disklər
Monitorlar
Axtarış